Partiyadan Qubad İbadoğluna xəbərdarlıq

Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə onun haqqında müvafiq intizam tədbirinin görülməsi barədə qərar qəbul edilib

Source:


Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə onun haqqında müvafiq intizam tədbirinin görülməsi barədə  qərar qəbul edilib

Fevralın 2-də Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib. Bu barədə partiyanın mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqlının ürək xəstəliyindən uzun müddət əziyyət çəkdiyi, onun gec də olsa Penitensiar Xidmətin müalicə müəssisəsində yerləşdirilməsi, vicdan məhbusu Tofiq Yaqublu ilə vəkilinin görüşü barədə məlumat verilib. Vicdan məhbusu Seymur Həzi haqqında qondarma ittihamlarla hökm çıxarılması ölkədə aparılan repressiya siyasətinin davamı kimi qiymətləndirilib. Tanınmış vəkil İntiqam Əliyevin fevral ayının 3-də və vicdan məhbusu Sirac Kərimlinin fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə proseslərini diqqət mərkəzində saxlamaq barədə qərar qəbul edilib.

Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti barədə izahatı dinlənilib, müzakirələrdən sonra ona yol verdiyi Nizamnamə pozuntularına görə xəbərdarlıq elan olunub.

Divan iclasına çağırılması barədə Qubad İbadoğluna Nizamnamə tələblərinə uyğun xəbərdarlıq edilməsinə baxmayaraq, onun əslində üzrlü olmayan səbəbdən Divan iclasına gəlməməsi partiyanın Divanına qarşı hörmətsizlik kimi qiymətləndirilib. Yol verdiyi Nizamnamə pozuntuları müzakirə olunub. Q.İbadoğluna xəbərdarlıq edilməklə yanaşı, Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə haqqında müvafiq intizam tədbirinin görülməsi barədə  qərar qəbul edilib.

Ana səhifəXəbərlərPartiyadan Qubad İbadoğluna xəbərdarlıq