Partiya liderləri hakimiyyəti məsuliyyətsizlikdə və oğurluqda günahlandırdı

Əli Kərimli: “Sanki gecə hamı yatarkən oğrular yatmayıblar, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlərə əl qoyublar”

Arif Hacılı: “Hakimiyyət məsuliyyətsiz davranışına görə cavab verməlidir”

Source:


Əli Kərimli: “Sanki gecə hamı yatarkən oğrular yatmayıblar, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlərə əl qoyublar”


Arif Hacılı: “Hakimiyy


ət məsuliyyətsiz davranışına görə cavab verməlidir”

Mərkəzi Bankın İdarə Heyətinin məlum 21 fevral qərarı siyasiləri də hərəkətə gətirib. Olayla əlaqədar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı da bəyanatla çıxış ediblər.

AXCP sədri Əli Kərimli Mərkəzi Bankın qərarını dövlət səviyyəsində qarət adlandırıb. O, Meydan TV-yə bildirib: “Sanki gecə hamı yatarkən oğrular yatmayıblar, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlərə əl qoyublar. Mərkəzi Bankın gecəykən, inzibati qaydada manatı birdən-birə 25 faizdən artıq ucuzlaşdıraraq, 1 manatı 1 dollardan da ucuz etməsi məhz bu deməkdir”.

“Bu qərar o deməkdir ki, təkcə banklarda əmanətini manatla saxlayan əmanətçilər bu gecə 1 milyard dollardan artıq ziyana düşdülər. Əgər dünənə qədər vətəndaşlarımızın banklarda saxladığı 4 milyard manatdan artıq vəsait dollarla ifadədə 5 milyard dollardan da artıq idisə, bu gün həmin vəsaitlər 1 milyard azalaraq, 4 milyard dollara düşdü. “Mənə nə, mənim pulum yoxdur, pulu olanlar narahat olsun” deməyə tələsməyin. Dövlət səviyyəsində həyata keçirilən bu talançılıqdan hamı itirəcək. Məsələn, ölkə üzrə orta aylıq əməkhaqqı 442 manat elan olunmuşdu. Bu rəqəm dollarla ifadədə 560 dollardan da artıq idi. Amma bu gün artıq orta aylıq əməkhaqqımız 560 yox, 442 dollar oldu. Eləcə də maaşlar, pensiyalar, təqaüdlər, müavinatlar və digər manatla əldə edilən qazanclar bir gecədə dollarla ifadədə 25 faiz azaldı”,- deyə AXCP sədri bildirib.

Əli Kərimlinin sözlərinə görə, ölkədə sürətlə bahalaşma başlayacaq, o zaman bu gecə atılmış anti-xalq addımının acısını hamı hiss edəcək: “Heç bir normal ölkədə belə hadisə baş vermir. Hətta milli valyuta ucuzlaşırsa da, bu, tədricən, həm də birjalarda, valyutadəyişmə məntəqərində baş verir. İnsanların imkanı olur ki, əllərində, hesablarında olan milli valyutanı dəyişə bilsinlər. Bizdə bu qərar məhz ona görə belə xəlvətcə verildi ki, insanlar pullarını dəyişə bilməsinlər. Heç bir ölkədə xalq dövlət, hökumət başçısı səviyyəsində rəsmən aldadılmır. Cəmi bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev deməmişdi ki, manat avro ilə bərabərləşdiriləcək? Bu gün 1 manat = 1.19 avrodur. İndi manat nəinki avrodan, dollardan da ucuzdur. Hələ mən onu demirəm ki, cəmi 1 ay qabaq İlham Əliyev manatın sabit qalacağını vəd edirdi. Dövlət hakimiyyətinə inamı bu qədər sarsıtmaq olarmı? Nəhayət, neçə müddətdir deyirik ki, ölkədə mətbuatın, azad fikrin, müxalifətçiliyin zorla zəiflədilməsi təkcə demokratiya uğrunda mübarizə aparan azadlıq mübarizlərinə ziyan vurmur. Xalqın əli-qolu, dili-ağzı bağlanırsa, bunun ziyanını hamı çəkəcək. Çünki xalqla hesablaşmaq məcburiyyəti hiss etməyən avtoritar hakimiyyətlər hər cür pisliklərə qadirdilər. Özünüzə sual verin, əgər bu ölkədə normal parlament olsaydı, seçkilər azad keçirilsəydi, mətbuat, o cümlədən televiziyalar sərbəst olsaydı, müxalifət sizlərin dəstəyilə güclü olsaydı, hakimiyyət belə bir anti-xalq qərarı verməyə cürət edə bilərdimi?”

Müsavat başqa Arif Hacılının Meydan TV-yə daxil olan bəyanatında bildirilir ki, hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir! İlham Əliyev demişdi ki, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq və  cəmiyyət bunu hiss etməyəcək. “Hələ o zaman bu iddianı peşəkarlıqdan uzaq, iqtisadi qanunauyğunluqları inkar edən populist mövqe kimi qiymətləndirdik. Həm neftin qiymətinin dünya bazarında dəyişməsi, həm də Rusiyada baş verən iqtisadi təbəddülatlar Azərbaycana təsirsiz ötüşə bilməzdi. Amma ən pessimist proqnozlardan da irəli gedən hadisə baş verdi. Manat bir gündə dollara nisbətdə 30 faiz ucuzlaşdı. Bu ölkədə ciddi iqtisadi sarsıntı yaradacaq bir hadisədir”.

“Bunu əvvəlcədən proqnozlaşdırmayan, populist bəyanatlar vermək əvəzinə baş verə biləcək iqtisadi böhranın humanitar faciə ilə nəticələnməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyən hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir!”,-deyə Müsavat  başqanı fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərPartiya liderləri hakimiyyəti məsuliyyətsizlikdə və oğurluqda günahlandırdı