Parlamentdə Gülər Əhmədovanın bankda batan 27 min dolları qaldırılıb

”Bank Standard” sabiq YAP-çıya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyir

Source:
Gülər Əhmədova sosial şəbəkə
Gülər Əhmədova sosial şəbəkə


”Bank Standard” sabiq YAP-çıya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyir

“Bizim keçmiş deputatımız Gülər Əhmədova mənə zəng vurub deyir ki, ləğv edilmiş “Bank Standard”da 27 min dollar vəsaiti var. Mən bu məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadovla danışdım”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit büroları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, Gülər Əhmədovanın 27 min dollarını “Bank Standard”dan geri almaqda ciddi problemi var:

“Gülər xanım “Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la verək? Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma?”.

Ana səhifəXəbərlərParlamentdə Gülər Əhmədovanın bankda batan 27 min dolları qaldırılıb