Parlament Vəng kəndinin Çinarlı adlandırılmasına qərar verdi

Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir.

Source: google.az


Milli Məclisin plenar iclasında bir neçə qanun layihəsi təsdiqləndi

“75 ildir, eyni dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və onlar bu müddət ərzində dünyanı, müharibələri, haqqı-ədaləti monopoliyaya alıblar”.

Parlamentin oktyabrın 27-də iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

O bildirib ki, daimi üzvlərin tərkibi seçki ilə müəyyənləşməli, heç olmasa, rotasiya qaydası ilə dəyişilməlidir: “Bəyanat yayırlar ki, bir ölkədə bir şəxs 2 dəfədən artıq prezident seçilə bilməz, amma bunlar 75 ildir, özləri haqda düşünmürlər. BMT TŞ-nin bütün üzvləri seçki yolu ilə seçilməlidir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Deputat bildirib ki, bu gün dünyanı nizama salmalı olan beynəlxalq təşkilatlar ədalətsiz mövqe tuturlar. O, ATƏT-in Minsk Qrupunun üzvü olan Fransanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi də tənqid edib:

“Fransanın keçmiş prezidenti Sarkozi deyəndə ki, Ermənistan bizim bacımızdır, ATƏT-in Minsk Qrupunun üzvü kimi onlardan nə gözləyə bilərik? Fransa heç olmasa, indi bu məsələnin haqq, ədalətlə həllini tapması üçün bacısına məsləhət versin”.

İclasda İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan “Xocavənd rayonunun erməni işğalından azad edilən Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və təsdiqlənib.


Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bir sıra qanunlara dəyişiklik edilib

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.


"Hərbi qulluqçuların statusu haqqında” qanuna da dəyişiklik edilib

Dəyişikliyə əsasən, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət hesabına tibbi yardım göstəriləcək.

Qanunun qüvvədə olan müddəasına əsasən, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilməlidir.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə qaydası dəyişir

İclasda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qaydalarla bağlı Ailə Məcəlləsində dəyişikliyi nəzərdə tutan layihə də müzakirə edilib.

Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçiriləcək.

Məcəllənin hazırkı varinatı isə belədir: “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir”.


İşçinin icbari tibbi sığortalanmasını işəgötürən təmin edəcək

Azərbaycanda icbati tibbi sığortanın tətbiqi ilə əlaqədar Əmək Məcəlləsinə də yeni maddə əlavə edilir. İşçilərin icbari tibbi sığortasını nəzərdə tutan yeni 307-1-ci maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməli, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Layihələr I oxunuşda qəbul edilib.

Ana səhifəSiyasətParlament Vəng kəndinin Çinarlı adlandırılmasına qərar verdi