Onun üçün üçüncü dəfə prezident seçiləndən sonra ABŞ prezidentinin əlini sıxmaq vacibdir. Bu, gələcək strateji modernləşmə planının həyata keçməsi üçün xeyir-dua kimi anlaşıla bilər.
AT
Ə
T Parlament Assambleyas
ı
n
ı
n
“
Helsinki+40: H
ə
r k
ə
s
üçü
n t
ə
hl
ü
k
ə
sizliy
ə
do
ğ
ru
”
t
ə
mt
ə
rahl
ı
devizi alt
ı
nda ke
ç
iril
ə
n Bak
ı
sessiyas
ı
suallar q
ə
d
ə
r cavablar da qoydu. Sessiyan
ı
n d
ö
vl
ə
tl
ə
rin
ə
razi b
ü
t
ö
vl
ü
y
ü
n
ə
, insan h
ü
quq v
ə
azadl
ı
qlar
ı
na, demokratiyaya h
ö
rm
ə
t kimi
ç
a
ğı
r
ış
lar
ı
Ukraynaya qar
şı
t
ə
cav
ü
z h
ə
yata ke
ç
ir
ə
n Rusiyan
ı
n v
ə
v
ə
t
ə
nda
ş
lar
ı
n konstitusion
h
ü
quqlar
ı
n
ı
miqyasl
ı
v
ə
kobud
şə
kild
ə
pozan Az
ə
rbaycan
ı
n Helsinki
Yekun Akt
ı
na meydan
o
xumas
ı
n
ö
qteyi-n
ə
z
ə
rind
ə
n anla
şı
land
ı
r.
Deyilən mövzular üzrə debatlar və səsvermələrin nəticələri göstərdi ki, Helsinki Yekun Aktına üzv ölkələrin çoxu beynəlxalq öhdəlikləri pozan ölkələrə qarşı vahid dəqiq xətt müəyyn edib.
Əgər bu xətti bu günlərdə keçirilən və problemli ölkələrə qarşı zahirən sərt mövqe nümayiş etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasından davam etsək, Qərbin o cümlədən Azərbaycana qarşı siyasətində yeni konturları sezmək çətin deyil. Siyasi məhbusları azad etmək, vətəndaş cəmiyyəti institutlarına münasibət siyasətinə yenidən baxılması çağırışları, hətta tələbləri hər iki Parlament Assambleyasının qətnaməsində əksini tapdı.
Prezident İlham Əliyev ATƏT PA sessiyasında Azərbaycanda apardığı islahat kursu barədə AŞ PA-da səsləndirdiyi fikirləri təkrar etdi. Azadlıq və insan haqları sahəsində problemləri etiraf etməyən Əliyev Avropa parlamentarilərini öz spesifik islahatçılıq kursunun düzgünlüyünə və dönməzliyinə inandırdı. Prezidentin Bakı çıxışında yenilik kimi bəraət qazandırıcı motivləri göstərmək olar. Onları təxminən belə ifadə etdi: 1) Siyasi sabitlik 2) gələcəyi planlaşdırma və 3) modernləşmə üzrə məqsədə çatmağa imkan verir.
Beləliklə, Əliyev anlatdı ki, o, Azərbaycanın gələcəyi ilə bağlı modernəlməni layihələndirməklə məşğuldur. Prezident bu məsələdə çox danışmır və təklif etdiyi modernəlmənin konturlarını qeyd etmir. 6 ildir haqqında danışılan bu layihə barədə cəmiyyətə yaxın aylarda məlumat veriləcəyi deyilir. Hər halda avrokomissiyanın prezidenti Barrozu belə dedi.
Əliyevin səthi demokratik addımlara hazırlaşdıığından bir sıra faktlar, o cümlədən iki vacib prinsipial məsələ – siyasi məhbuslar və QHT-lər üzrə yanaşma xəbər verir. Hakimiyyət ATƏT-in Azərbaycan üzrə həmməruzəçisi Pedro Arqamuntun siyasi məhbuslar məsələsində vasitəçiliyi ilə razılaşıb və QHT-lərlə qrantların qeydiyyatı barədə məsləhətləşmələr başlayıb.
Bu, o demək deyil ki, Əliyev yaxın vaxtlar dərin və geniş dəyişikliklər edəcək, çünki onlar onun gələcək layihəsində yazılmayıb. Bunu onun tənqidə dözümsüzlüyü də göstərir – Strasburqda AŞ PA-da çıxışından sonra o, mətbuat üçün brifinqdə belə çıxış etməyib tələsik şəhəri tərk etdi, Bakıda da ATƏT sessiyasında bu cür hərəkət edib naməlum istiqamətdə paytaxtı tərk edib.
Amma perspektivdəki hadisələr, o cümlədən Aİ ilə strateji modernləşmə layihəsinin imzalanması və sentyabrda BMT Baş Assambleyasının sessiyasının açılışı bu iki vacib hadisənin iştirakçısı kimi Əliyevi məcbur edəcək ki, Avropa liberal dairələrində populyar olan demokratik qərarları qəbul etsin. Prezident Əliyevin Amerika səfərinin səviyyəsi bu qərarları keyfiyyətindən asılı olacaq. Onun üçün üçüncü dəfə prezident seçiləndən sonra ABŞ prezidentinin əlini sıxmaq vacibdir. Bu, gələcək strateji modernləşmə planının həyata keçməsi üçün xeyir-dua kimi anlaşıla bilər.