Parlament seçkilərinə 41,8 milyon manat ayrılıb

2015-ci ilin dövlət büdcəsində bu xərclərə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki orqanlarının (dairə seçki komissiyalarının) saxlanılması, statistika sistemində islahatların aparılması ilə bağlı xərclər daxildir

Source:

2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

APA-nın məlumatına görə, dövlət büdcəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə “Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidmətləri xərcləri”ndən xərclərindən əsasən ölkədə seçicilərin qeydiyyatı, seçkilərin, referendumların keçirilməsi, respublika miqyaslı siyahıyaalınma və statistika sistemində islahatların aparılması xərcləri maliyyələşdirilir.

2015-ci ilin dövlət büdcəsində bu xərclərə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki orqanlarının (dairə seçki komissiyalarının) saxlanılması, statistika sistemində islahatların aparılması ilə bağlı xərclər daxildir. Eyni zamanda, 2015-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı xərclər də bu köməkçi bölmədən maliyyələşdiriləcək.

 Seçkilərin keçirilməsi üçün 41,8 milyon manat vəsait nəzərdə tutulub.

Ana səhifəXəbərlərParlament seçkilərinə 41,8 milyon manat ayrılıb