Parlament seçkiləri başa çatdı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina edib

Source:


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina edib

Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina edib.

Səhər saat 8:00-da səsverməyə start verilib, saat 19:00-da isə səsvermə bitib.

Ana səhifəXəbərlərParlament seçkiləri başa çatdı