Parlament qanunu təsdiqlədi: Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq

Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.

Foto: Meydan TV


Fazil Mustafa: “İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində Türkiyə şirkətlərinə üstünlük verilməldir”

“MHP lideri Dövlət Baxçalının Şuşada məktəb inşa etdirmək təşəbbüsü ilə bağlı bəzi anlaşılmazlıq yaranandan sonra bir sıra şəxslər Türkiyə-Azərbaycan münasibətlərində spekulyasiyalar yaratmağa çalışdı”.

Deputat Fazil Mustafa Milli Məclisin iclasında bu barədə danışıb.

O qeyd edib ki, cəmiyyətimiz ən kiçik incikliyin belə gündəmə gəlməsinə imkan verməməlidir:

“Prezidentin köməkçisi Hikmət Hacıyev artıq bildirib ki, məktəbin açılışı olacaq. Biz münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr buna müdaxilə edə bilməsin. Vətən Müharibəsində də gördük ki, Azərbaycanın birinci dostu Türkiyədir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində Türkiyə şirkətlərinə üstünlük verilməldir".

fazil mustafa 2504.jpg
Fazil Mustafa


"Azərbaycanın güclü, qüvvətli olmasını bəziləri bu gün həzm edə bilmir”

Deputat Cavid Osmanov deyib: “Bu gün erməni lobbisinə, onların havadarlarına açıq şəkildə nökərçilik edənlər Azərbaycanın tərəqqisinə kölgə salmaq istəyirlər”.

O qeyd edib ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinə kölgə salmaq istəyənlər də belələridir:

“Ağdam şəhərində təqdim olunan yeni Baş Plan Azərbaycanın güclü dövlət olmasının təntənəsidir. Dövlət başçısının siyasəti təkcə Qarabağın inkişafına yönəlməyib, eyni zamanda digər regionların da inkişafı üçün tapşırıqlar verilir. Azərbaycanın güclü, qüvvətli olmasını bəziləri bu gün həzm edə bilmir”.

975cbd87f4e457b.jpg
Cavid Osmanov


Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq

İclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi III oxunuşda müzakirə olunub və qəbul edilib.

15 maddədən ibarət olan qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini isə aşağıdakılar təşkil edir:


1. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.


  1. Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mühafizə zonasının sərhədləri müəyyən edilir. Əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.
Ana səhifəSosialParlament qanunu təsdiqlədi: Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq