Parlament ötən il üçün dövlət büdcəsinin icrasını təsdiq edib

Ötən ilin yekunlarına görə büdcə xəzinəsi hesabında vəsaitlərin sərbəst qalığı 1 mlrd. 728 mln. 622,3 min manat olub

Source:


Ötən ilin yekunlarına görə büdcə xəzinəsi hesabında vəsaitlərin sərbəst qalığı 1 mlrd. 728 mln. 622,3 min manat olub

Mayın 29-da Milli Məclisin plenar iclasında “2014-cü il üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sözlərinə görə, ötən il yol və torpaq vergiləri üzrə proqnozlar aşağı səviyyədə yerinə yetirilib. Bundan başqa, dövlət borcunun artması nəzərə alınmaqla, o, onun azaldılması üzrə strategiya işləyib hazırlamağı təklif edib.

Mütləq göstəricilərlə 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 400 mln. 565,23 min manat təşkil edib.

Bu vəsaitin yarısından çoxu (50,74%) – 9 mlrd. 337 mln. manatı Dövlət Neft Fondundan köçürmələrdir.

Ümumi xərclər 18 mlrd. 708 mln. 999,99 min manat təşkil edib. Bu seqmentdə dövlət investisiya infrastruktur layihələri liderlik edir, bu layihələrə 6 mlrd. 256 mln. 706,72 min manat xərclənib.

Əsas siyahıya daxil edilməmiş xidmətlərə 2 mlrd. 580 mln. 776,15 min manat xərclənib.

Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin yekunlarına görə büdcə xəzinəsi hesabında vəsaitlərin sərbəst qalığı 1 mlrd. 728 mln. 622,3 min manat olub. Bu vəsait 2015-ci maliyyə ili üçün dövlət büdcəsinin hesabına köçürülüb.

Ana səhifəXəbərlərParlament ötən il üçün dövlət büdcəsinin icrasını təsdiq edib