Parlament “maska cəriməsi”ni təsdiqlədi: 50-400 manat

Bu dəyişikliklərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə yeni 211.2-ci və 211.3-cü bəndləri əlavə edilib.

Foto: Prezident.az


İnzibati Xətalar Məcəlləsinə yeni bəndlər əlavə edilir

Milli Məclis karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.

Dəyişiklliyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Dəyişikliyə əsasən, maska taxılması məcburi hesab edilən yerlərdə bu vasitədən istifadə etməyən şəxslər 50 manat məbləğində cərimə ediləcək.

Bu dəyişikliklərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə yeni 211.2-ci və 211.3-cü bəndləri əlavə edilib.

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olacaq.

Baş nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərara əsasən, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

Bura şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.), bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla), dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr, açıq sahəli ofislərdə və istehsalat yerləri, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar, ibadət yerləri, elm və səhiyyə müəssisələri, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər, ictimai nəqliyyat dayanacaqları, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr daxildir.

Eyni zamanda insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

Ana səhifəSosialParlament “maska cəriməsi”ni təsdiqlədi: 50-400 manat