Parlament hökumətin hesabatını qəbul etdi

”Bəzi məktəblərdə ilanlar görünür”

Source:


”Bəzi məktəblərdə ilanlar görünür”

“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür”. Bunu Milli Məclisdə hökumətin 2017-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. O bildirib ki, rayonun 5 nömrəli məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir:

“Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyini ötən dəfəki çıxışımızda bildirmişdik. Ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm”.

Tahir Kərimli

Deputat Təhsil Nazirliyinə müraciət edərək, məktəblərdə kişilərin daha çox müəllim işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməyə çağırıb.

Qəzet kağızı və çap məhsulları üçün ƏDV ləğv edilsin

Digər deputatlar da hesabatın müzakirəsi zamanı təkliflərlə çıxış ediblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzet kağızı üçün ƏDV-nin ləğv edilməsinin vacibliyini söyləyib. O bildirib ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əvvəllər ƏDV tətbiq edilmirdi:

“Amma bir neçə ildir tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Təxminən yarım milyon manat. Ancaq ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir”.

Əflatun Amaşov

Deputat vurğulayıb ki, hazırkı durumda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalı və ƏDV ləğv edilməkidir.

“İnsanlar azaddır, İmkanları da var, gedib dincəlir, müalicə olunurlar”

Deputat Musa Qasımlı ölkədən maliyyə axının qarşısının alınması üçün Maliyyə Nazirliyini tədbirlər görməyə çağırıb:

“Bizdə ölkədən hər il nə qədər xaricə, sanatoriyalara gedirlər, nə qədər pullar xərclənir? Təbii ki, insanlar azaddırlar, demokratik ölkədə yaşayırlar. İmkanları da var, gedib dincəlir, müalicə olunurlar. Ancaq hökumətimiz addımlar atmalıdır ki, bizim vəsaitlərimiz getməsin, əksinə, ölkəmizə əlavə vəsaitlər gəlsin”.

Deputat Yardımlı-Hamarkənd yolu ilə bağlı məsələni də diqqətə çatdırıb. O bildirib ki, iki il keçməmiş yol dağılıb. Deputat maliyyə naziri Samir Şərifova mürqciət edərək, yolun təmiri üçün pul ayrılmasını xahiş edib:

Musa Qasımlı

“Bunu etsəniz, bizə də qalaq-qalaq məktublar gəlməz”.



Oqtay Əsədov: “Banklar kreditləri dollarla veriblər” ifadəsi düzgün yanaşma deyil

Deputat Elman Nəsirov dollarla olan kreditlər probleminə toxunaraq, devalvasiyadan sonra əhalinin çətin vəziyyətə düşdüyünü bildirib. O, çox sayda vətəndaş ona müraciət edərək, problemin nə zaman həll ediləcəyi ilə maraqlandığını deyib:

Elman Nəsirli

“Soruşurlar ki, valyutamız manat olduğu halda, vəsaiti dollarla verməklə nə üçün belə ağır yükün altına düşməlidirlər”.



Spiker Oqtay Əsədov onun çıxışına irad bildirib

“Banklar kreditləri dollarla veriblər” ifadəsi düzgün yanaşma deyil. “Krediti dollarla götürüblər” ifadəsi daha doğrudur” – deyən spiker vurğulayıb ki, bu məsələ diqqət mərkəzindədir

Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Ana səhifəXəbərlərParlament hökumətin hesabatını qəbul etdi