Milli Məclis

Mənbə: Foto: arxiv

Başlıq: Milli Məclis

Parlament 2020-ci ilin büdcəsini tədiqlədi

Milli Məclis 2020-ci ilin dövlət büdcəsini III oxunuşda qəbul edib

Parlamentin noyabrın 29-da keçirilən plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələri son oxunuşda səsverməyə çıxarılıb.

Qəbul edilmiş layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 894,7 milyon manat təşkil edəcək.

Büdcə gəlirləri 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur.

Növbəti il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği də III oxunuşda qəbul edilib.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Ünvanlı yardımın təyin edilməsi ilə bağlı ehtiyac meyarının həddi isə 160 manat məbləğində müəyyən edilib.

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilmişdi.

Büdcə zərfinə daxil olan layihələr də III oxunuşda səsə qoyularaq qəbul edilib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri 4 825 508 800 manat səviyyəsində nəzərdə tutulub.

"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanun layihəsinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5mzq7z

Ən çox baxılan