Parisdə baş verən terror aktında həlak olanlar arasında rusiyalı Nataliya Muravyeva da var. Qadının Fransa pasportundakı adı Muravyeva Loren olub. Bu haqda xəbəri Parisdəki Rusiya səfirliyinin twitter hesabından paylaşılıb. Qadının əri fransız Serj Loren meyidin həyat yoldaşına məxsus olduğunu təsdiqləyib. Qadının məhs harada öldürüldüyü isə məlum deyil.
13 Noyabrda Fransanın paytaxtında 7 fərqli yerdə partlayış baş verib.
Terroristlər konsert zalına toplaşan insanları əsir götürüb və qətlə yetirib. Hadisə nəticəsində 129 nəfər dünyasını dəyişib. Fransada 3 gün matəm elan edilib. Hadisənin məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.