Paris aksiyasında Azərbaycan baş nazirinin müavini iştirak edib

Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb

Source:


Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb

Yanvarın 11-də Parisin Respublika meydanında keçirilmiş  həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.

Bu barədə APA-nın Parisə ezam olunmuş müxbirinə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Ə. Əhmədov yürüşə qatılıb.

Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

Polis aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.

Ana səhifəXəbərlərParis aksiyasında Azərbaycan baş nazirinin müavini iştirak edib