Pandemiya dövründə hansı dövlət vətəndaşına necə yardım etdi?

120 milyon vətəndaşının hər birinə ayda 931 (1580 manat) dollar ödəyib.

Foto: Meydan TV


Azərbaycanda yardım prosesi xeyli narazılıqlara səbəb oldu

Koronavirus pandemiyası dünyada bir çox sahəyə zərər vurdu. Ticarət mərkəzləri, restoranların bağlanması, bir sıra yerlərdə istehsalın dayanması, neftin ucuzlaşması xeyli insanı işsiz, maaşsız qoydu.

Buna görə bir çox ölkə öz vətəndaşına maddi dəstək verməyə başladı.


Azərbaycan hökumətinin koronavirus dəstəyi

Azərbaycanda işsiz insanlara dövlət ayda 190 manat ödəyirdi. İşsiz olduğu halda, bu statusu ala bilməyən xeyli insan bu prosesdən narazı qaldı. Adına istifadə edilməyən torpaq sahəsi, fəaliyyətsiz VÖEN-i olanlar bu yardımdan kənarda qaldılar. Bəzi insanlara “adınıza avtomobil var”, – cavabı verildi. Bu cavabı alan insanların bəziləri sosial şəbəkələrdə avtomobilinin olmadığını bəyan etdi. Bir sözlə, yardım prosesi xeyli narazılıqlara səbəb oldu.


Cənubi Qafqazın digər ölkələrində əhaliyə koronavirus dəstəyi

Qonşu Gürcüstan

hökuməti

də pandemiya və karantin rejiminə görə çətin duruma düşən əhalisinə bir sıra dəstək verib.

Tədris ili başlayana qədər, 17 yaş da daxil olmaqla Gürcüstan vətəndaşı olan hər bir uşağa 200 lari (111 manat) birdəfəlik yardım veriləcək. Bundan əlavə, sosial müdafiəsiz və 150 000 sosial reytinq balına sahib olan bütün tələbələrin 2020-2021 tədris ilində təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Birdəfəlik 300 larilik (166 manat) yardıma müraciət edən (yardım almaq üçün saytda qeydiyyatdan keçmiş şəxslərə aiddir), ancaq ala bilməyənlərin hamısına 300 larilik (166 manat) yardım köçürüləcək. Qış aylarında əhalinin kommunal xərclərinin ödənilməsi proqramı davam edəcək.

Ermənistan hökuməti isə koronavirusdan ziyan çəkən turizm sahəsinə yardım edəcəyini bəyan

etmişdi

. Hökumət kiçik mehmanxanalar, sanatoriyalar, turizm agentlikləri, turistlərə xidmət, o cümlədən də qida təklif edən şirkətlərə yardım etmək üçün büdcəsindən 144,5 milyard dram (300 milyon dollara yaxın – 510 milyon manat) vəsait ayırıb.

Ermənistan hökuməti koronavirusun fəsadlarının aradan qaldırılması üçün ümumilikdə 24 böhran əleyhinə proqram başladıb.

Baş nazir Nikol Paşinyan bildirib ki, sosial proqramlara artıq 26,2 milyard dram (55 milyon dollara yaxın – 93,5 milyon manat), iqtisadi proqramlara 17,5 milyard dram (36 milyon dollara yaxın – 61,2 milyon manat) xərclənib:

“Əlavə 19,9 milyard dram (42 milyon dollara yaxın – 71,4 milyon manat) banklar vasitəsilə verilib”.


Bəs dünya ölkələri əhalisinə necə dəstək verdi?

Dünya ölkələrinin çoxu əhalisinə çətin dönəmdə dəstək oldu. Məsələn, Kanada hökuməti pandemiya dönəmində işini itirənlərə 4 ay 2000 Kanada dolları (1400 ABŞ dolları – 2380 manat) ödəniş

etdi

(hər ay olmaqla).

Kosta-Rikada isə işsiz insanlara hər ay 220 ABŞ dolları (374 manat) həcmində ödəniş edildi.

İllik gəliri 99 000 dollardan (168 min manatdan) aşağı olan, vergi ödəyən bütün vətəndaşlarına Amerika hökuməti aylıq 1200 dollar (2040 manat)

ödəyir

.

Aprelin sonunda müzakirəyə çıxarılan bir qərara görə, illik 120 min dollardan (204 min manatdan) az qazanan amerikalılara ayda 2000 dollar (3400 manat) verilməsi nəzərdə tutulur. Mayın əvvəlinə olan məlumata görə, artıq 80 milyon amerikalı bu yardım çeklərini alıb.

Cənubi Koreya hökuməti isə gəliri aşağı olan hər ailəyə ayda 820 dollar (1400 manat) ödəniş edib.

Honq-Konq hökuməti karantinin fevral ayında aztəminatlı ailələrə 1280 dollar (2175 manat) ödəniş etdiyini bəyan etmişdi.

Virus dönəmində əhalisinə ən yüksək məbləğdə yardım göstərən ölkə Yaponiyadır. 120 milyon vətəndaşının hər birinə ayda 931 (1580 manat) dollar ödəyib. Sinqapurda bu ödəniş aylıq 422 (717 manat) ABŞ dollarıdır.


Avropada hökumət əhalisinə nə kömək etdi?

Almaniyada kiçik müəssələrdə çalışan sərbəst işçilərə təxminən 5422 (9217 manat) dollar məbləğində birdəfəlik yardım

edilib

.

Hollandiyada gəlirinin 20 faizini itirən şirkətlər hökumətə müraciət edib. Həmin müraciətdən sonrakı 3 ay ərzində dövlət işçilərin əmək haqqının 90 faizinin ödənməsini öz üzərinə götürüb. Tək şərt həmin müddətdə heç bir işçinin işdən xaric edilməməsi olub.

Danimarka hökuməti də oxşar yardımla çıxış edib. Özəl şirkətlərin işçilərinin 13 həftəlik əmək haqqının 75-90 faizini ödəyib. Burada da hökumətin tək şərti işçilərin işdən çıxarılmaması olub.

İngiltərə hökuməti isə işçilərin əmək haqqının 80 faizini ödəməyi öz üzərinə götürüb. Burada da əsas şərt kimsənin işdən xaric edilməməsidir.

İrlandiyada da hökumət işsiz əhalisinə yardım edib. Burada ödənişlər həftəlik verilib. Hər bir işsizə həftədə 220 dollar (374 manat) ödəniş edilib.

Türkiyədə isə müəyyən şərtlərə uyğun gələnlərə 1000 tl (231 manat) yardım

edilir

.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan 820 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialPandemiya dövründə hansı dövlət vətəndaşına necə yardım etdi?