”Pambıqçılıqla məşğul olan zəhmətkeşlər zərər çəkiblər”

Vahid Məhhərəmov: ”Pambıqçılıqdan iki yüksək çinli məmur qazanc əldə edib”

Source:


Vahid Məhhərəmov: ”Pambıqçılıqdan iki yüksək çinli məmur qazanc əldə edib”

“2005-ci ildə ölkədə cəmi 22 pambıqyığan kombayn olub və o zaman kəndlilər 3 ay ərzində 112,4 min hektar sahədən 196,6 min ton (hektardan 17,5 sentner) pambıq yığmışdı. 2016-cı ildən hakimiyyət işə qarışandan sonra ölkəyə 179 ədəd bahalı kombaynlar alınıb gətirildi. 2017-ci ildə pambıqyığan maşınların sayı 13 dəfə artıb 268 oldu. Həmçinin yığıma 200 minə yaxın “büdcə zəhmətkeşləri”də cəlb edildi. Bütün bunlarla yanaşı, 2017-ci ildə 136,4 min hektar sahədən 207 min ton (hektardan 15,1 sentner) pambığı 6 aya güc-bəla ilə yığa bildilər”.

Bunu Meydan TV-ə müsahibəsində kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

O bildirib ki, İlham Əliyev 2016-cı ildə pambıqçılığın inkişafına dair müşavirədə tam əksini söyləyib:

“O, demişdi ki, əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Ancaq 2017-ci ildə nəinki 40 və ya 30-35, məhsuldarlığı heç 20 sentnerə də qaldıra bilmədilər. Əksinə, 15 sentnerə endirdilər. Biz belə olacağını 2 ildir deyirik. İndi isə İlham Əliyev deyir: “məhsuldarlıq lazımi səviyyədə deyil. İndi bu məsələ ciddi təhlil edilir. Bəzi sahələrdə məhsuldarlıq yüksəkdir, bəzi sahələrdə yox”. İndi sadalanan tədbirləri iki il əvvəl də nəzərdə tutulmuşdu. İş burasındadır ki, əsas problemin nədən ibarət olduğunu hələ də anlaya bilməyiblər”.

İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını

söyləyib

:

“Yəni, iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.

Vahid Məhərrəmov deyir ki, 2017-ci ildə ölkə üzrə hər hektardan 1510 kiloqram pambıq əldə olunub:

Vahid Məhərrəmli

“İstehsal xərci isə hər hektar üçün 830 manat təşkil edib. Yığıma cəlb edilən zəhmətkeşlər isə yığdıqları pambığın hər kiloqramına görə 10 qəpik, bəzi yerlərdə isə 13 qəpik əmək haqqı alıb. Bizim apardığımız hesablamalar göstərdi ki, əksər pambıqçılar ili zərərlə başa vurublar. Fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur. 2017-ci ildə 200 min zəhmətkeş hesabına pambıqçılıqdan qazanc əldə edən 2 yüksək çinli məmur oldu. Onları da siz çox yaxşı tanıyırsınız. Pambıqçılıqla məşğul olan zəhmətkeşlərə isə hakimiyyət 2017-ci ildə zülm etdi”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilmişdi. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox idi.

Ana səhifəXəbərlər”Pambıqçılıqla məşğul olan zəhmətkeşlər zərər çəkiblər”