Pambıq zavodlarının səhm paketi özəlləşdirməyə çıxarılıb

Bu səhmlər üçün iddiaçılar ən azı 142 000 və 165 000 manat təklif etməlidir

Source:


Bu səhmlər üçün iddiaçılar ən azı  142 000 və 165 000 manat təklif etməlidir

İki pambıqtəmizləmə zavodunun 30 faizlik səhm paketi investisiya müsabiqəsi yolu ilə özəlləşməyə çıxarılıb. Pambığın emalı və ixracındakı inhisarçılıq, eləcə də pambıq istehsalının аzalması fonunda müəssisələr iflasa uğrayıb.

İnvestorlara “İmişli-Pambıq” ASC-nin səhmlərinin 30,03 faizi,  “Ağcabədi-Pambıq” ASC-nin səhmlərinin 29,96 faizi nominal qiymətlə 517,3 min və 594,4 min manata təklif edilir. Bu səhmlər üçün iddiaçılar ən azı  142 000 və 165 000 manat təklif etməlidir. Əsas tələb isə pambıq emalının təkmilləşdirilməsi, onun satışının artırılmasıdır.

Bu zavodlara “MKT İstehsalat Kommersiya” MMC nəzarət edir. Onun daha 12 belə müəssisəsi var. Şirkətin Bakıda tekstil müəssisəsi var, Gəncə Pambıqəyirmə Kombinatını istismar edir.

Azərbaycanın pambıq müəssisələri 1998-ci ildə özəlləşdiriləndən sonra mürəkkəb maliyyə vəziyyətinə düşüb: “MKT İstehsalat Kommersiya” MMC onlarla müqavilə bağlayıb və emal xidmətinin pulunu ödəyib. Bu zaman vergi, amortizasiya ödəmələri və s. borc yaranıb. Nəticədə bu il aprelin 1-i üçün “İmişli-Pambıq” ASC-nin öhdəlikləri 1 270,8 min, “Ağcabədi-Pambıq” ASC-nin öhdəlikləri 1 096,4 min manat olub.

Hər iki rayonda pambıq istehsalı azalır: 2012-ci ildə İmişlidə 4212 ton (2011-ci ildəkindən 7,2 faiz az), Ağcabədidə 5521 ton (- 27,3 faiz) pambıq yığılıb.

2013-cü ildə “MKT İstehsalat Kommersiya” MMC “Beyləqan-Pambıq” ASC-nin səhmlərinin 30 faizi özəlləşdirib. İnvestisiya həcmi açıqlanmır. Şirkət “Sumqayıt Xovlu İplik” ASC-nin səhmlərinin 30%-i özəlləşdirib. Müəssisə hazırda fəaliyyətsizdir.

Ana səhifəXəbərlərPambıq zavodlarının səhm paketi özəlləşdirməyə çıxarılıb