“Palma yağını kərə yağı adı ilə bazara çıxarıb 8-10 dəfə baha qiymətə satırlar”

“Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”

Source:


“Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”

“Ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. Görəsən bu qədər yağ hara gedib”,-deyə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov öz Facebook səhifəsində sual verir və cavabı da təqdim edir: Yəqin ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama istehlak etmisiniz. Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.

Vahid Məhərrəmov hesab edir ki, ölkəyə bu qədər yağın gətirilməsi şübhə doğurur: “Palma yağı kərə yağı adı altında istehlakçılara satılır. Xarici görünüşünə görə kərə yağına çox oxşardır. Bundan başqa, bu yağdan süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər. Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satırlar. Görün nə qədər gəlir əldə edilər. Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”.

Ana səhifəXəbərlər“Palma yağını kərə yağı adı ilə bazara çıxarıb 8-10 dəfə baha qiymətə satırlar”