Pakistanda təbii fəlakət: ölənlərin sayı mini keçib

Pakistan. Mənbə: Reuters

“33 milyon insana ziyan dəyib”

Pakistanda musson yağışları səbəbilə yaranan daşqınlar nəticəsində ölənlərin sayı min nəfəri keçib.

Cənub-qərbdəki Bəlucistan əyalətinin hələ də su altında qaldığı bildirilir.

Planlaşdırma naziri Ahsan İqbal “Reuters” agentliyinə bildirib ki, iqtisadi itkilər böyük olacaq.

O, iqtisadi zərərin miqyasının 10 milyard dolları keçəcəyini deyib.

Nazir əlavə edib ki, ölkəyə dəymiş ziyanı bərpa etmək üçün beş il lazım olacaq.

Daşqınların ölkədə 33 milyon insana, bir milyona yaxın evə ziyan vurduğu bildirilir.

Pakistan hakimiyyəti musson yağışlarına görə ölkədə fövqəladə vəziyyət elan edib.

Ana səhifəDünyaPakistanda təbii fəlakət: ölənlərin sayı mini keçib