Pakistanda həkimlər Ramazanda məscidlərə qadağa qoyulmasını tələb edir

“Biz COVID-19-un sürətlə yayılmasının qarşısını almaq üçün təcridetmə tədbirləri tələb edirik”,- deyə məktubda bildirilir.

Source: Foto: arxiv


“Biz COVID-19-un sürətlə yayılmasının qarşısını almaq üçün təcridetmə tədbirləri tələb edirik”

Pakistanlı həkimlər hökuməti və güclü din xadimlərini müsəlmanların müqəddəs Ramazan ayında məscidlərdə namaz qılmağa icazə verilməsi qərarını ləğv etməyə çağırıb. RFE/RL xəbər verir ki, tibb işçiləri bu qərarın koronavirusa yoluxma hallarının intensivləşməsi ehtimalından narahatdır.

Din xadimlərinin təzyiqi altında hökumət həftə sonu Ramazan ayı üçün Pakistanda məscidlərdə toplu namaz qılmaqla bağlı məhdudiyyətləri yumşaldıb.

Pakistan Tibb Dərnəyinin həkimləri 22 apreldə Baş nazir İmran Xana və ruhanilərə yazdığı məktubda koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün təcrid tədbirlərinin vacib olduğunu qeyd edib. Onlar bildiriblər ki, ölkənin səhiyyə sistemi koronavirusa yoluxma hallarından artıq yüklənib.

“Biz COVID-19-un sürətlə yayılmasının qarşısını almaq üçün təcridetmə tədbirləri tələb edirik”,- deyə məktubda bildirilir.

“Təəssüf ki, idarəçilər səhv qərar veriblər; din xadimlərimiz qeyri-ciddi münasibət göstəriblər”,- Pakistan Tibb Birliyinin baş katibi Qaiser Sajjad mətbuat konfransında deyib.

Pakistanın 220 milyondan çox əhalisi var və 10 mindən çox COVID-19 yoluxma halı qeydə alınıb. Ölkədə 212 ölüm hadisəsi olub. Həqiqi rəqəmlərin daha çox olduğu bildirilir.

Həkimlər ölkədə 3000-dən az nəfəs ventilyatorunun olduğunu və tibb işçilərinin kifayət qədər qoruyucuya sahib olmadığını deyirlər.

Ana səhifəDünyaPakistanda həkimlər Ramazanda məscidlərə qadağa qoyulmasını tələb edir