Özünü yandıran qazi vəfat edib

Foto: Elnur Rüstəmovun yaxınlarının arxivindən

Mingəçevirdə qazinin asılmış meyiti tapılıb

Sentyabrın 15-də Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Elnur Rüstəmov müalicə aldığı xəstəxanada vəfat edib.

Elnur Rüstəmov sentyabrın 12-də özünü yandırmışdı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Elnur Rüstəmovun Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində müaşlicə aldığı bildirilirdi.

Onun bədəninin 70 faizinin yanığı ilə müalicə aldığı qeyd edilirdi.

Bu gün həmçinin Mingəçevirdə “Sahil parkı”nda 35 yaşlı hərbçi Elvin Fizuli oğlu Abışovun asılmış meyiti tapılıb.

Foto: Elvin Abışovun yaxınlarının arxivindən

Elvin Abışov II Qarabağ savaşında iştirak edib və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Bu, 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra 43-cü intihar hadisəsidir.

Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.

Ana səhifəSiyasətÖzünü yandıran qazi vəfat edib