Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri Həsən Hikmət oğlu Məmmədov vəfat edib. İyulun 15-də ağır kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən gizirin həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, iyulun 18-də onun ürəyi dayanıb. Yaxınları Meydan TV-yə
demişdi
ki, ailəsinə Həsən Məmmədovun “qubbağ“a (hauptvaxt) aparılarkən özünü maşından atdığı xəbərini veriblər.
Gizirin atası Hikmət Məmmədov isə deyilənlərlə razılaşmır. O, Meydan TV-yə deyib ki, oğlum könüllü iş üçün müraciət edib, 7 ay fəaliyyət göstərəndən sonra işdən azad olunmaq istəyib, lakin buna razılıq verilməyib.