Özünü ”Bank Respublika”nın önündə yandıran Ramiz Manafovun vəfat etdiyi deyilir

”O, Türkiyədəki xəstəxanaların birində vəfat edib”

Source:


”O, Türkiyədəki xəstəxanaların birində vəfat edib”


Mayın 24-də

özünü borclu olduğu “Bank Respublika”nın qarşısında yandıran iş adamı Ramiz Manafovun iyunun 8-də Türkiyədə vəfat etdiyi bildirilir.

Məlumatı Meydan TV-yə Ə.Əliyev adına Kliniki Xəstəxananın Yanıq Şöbəsindən təsdiqləyiblər. Bildiriblər ki, uzun müddət xəstəxananın reanimasiya şöbəsində yatan xəstəni ailəsi bir müddət öncə Türkiyəyə aparıb:

“Elə oradakı xəstəxanaların birində vəfat edib”.

Ramiz Manafovun III-IV dərəcəli yanıq xəsarəti almışdı.

Oğlu Nicat Manafov bildirmişdi ki, atası bankdan ev almaq üçün

kredit

götürüb, devalvasiyadan sonra ödəyə bilməyib. Ona evinin əlindən alınacağı deyilib. Ramiz Manafov bu səbəbdəb canına qəsd edib.

Ana səhifəXəbərlərÖzünü ”Bank Respublika”nın önündə yandıran Ramiz Manafovun vəfat etdiyi deyilir