Özilin uyğurlara dəstəyi Çin televiziyasında oyunun yayımını dayandırıb

Çinli video yayım saytı PPTV də oyunun yayımını dayandırıb.

Source: Foto: google.ru


“Özilin açıqlamaları Çindəki azarkeşlərini kədərləndirib”

Bazar günü Çin dövlət mediası İngiltərə Premyer Liqasında “Arsenal”-“Manchester City” oyununun yayımını dayandırıb. CNN-in məlumatına görə, buna səbəb “Arsenal”ın oyunçusu Mesut Özilin sosial mediada Çinin Müsəlman Uyğur azlığına dəstək olaraq paylaşdığı mesajlardır.

“Çində “Quran”lar yandırılır, məscidlər bağlanır, İslam ilahiyyat məktəbləri, mədrəsələr qadağan edilir, din alimləri bir-bir öldürülür. Bütün bunlara baxmayaraq, müsəlmanlar sakit qalırlar”, – özü də müsəlman olan Özil həm “Twitter”, həm də “İnstagram” hesabında qeyd edib.

ABŞ Dövlət Departamenti son iki il yarım müddətində Çinin əsasən müsəlman etnik azlıq olan 2 milyona yaxın uyğuru həbs etdiyini deyib. Həbs olunmuş uyğurların ümumi düşərgələrə göndərildiyi bildirilir.

CNN-in əldə etdiyi məlumatlarda düşərgələrdə işgəncə və zorakılıq hallarının geniş hal aldığı vurğulanır.

Noyabrın əvvəlində Birləşmiş Millətlər Təşkilatının forumunda ölkəsinin insan haqları vəziyyətini müdafiə edən Çin Xarici işlər nazirinin müavini Le Yucheng deyib ki, onun ölkəsi son dörd onillikdə “bir milyarddan çox insanın yoxsulluqdan çıxartması” ilə bağlı “əlamətdar irəliləyiş” əldə edib.

Çinin CCTV kanalı əvvəlcə oyunu 16 dekabr tarixində, yerli vaxtla 12:30-da CCTV-5 idman kanalında canlı yayımlamağı planlaşdırıbmış.

Canlı yayım qrafikini tez-tez dəyişdiyini qeyd edən CCTV CNN-in bazar günü Premyer Liqanın aparıcı oyunu olan “Arsenal”-“Manchester” oyununu göstərməməsinin səbəbi ilə bağlı sualına cavab verməyib.

Çinli video yayım saytı PPTV də oyunun yayımını dayandırıb.

“Sina Sports” onlayn idman platforması “Sina Weibo”-da qeyd edib: “Özilin açıqlamaları Çindəki azarkeşlərini kədərləndirib. Sadəcə tanınmış bir idmançı olduğu üçün ona milli maraqlarla əlaqəli mövzularda şərh vermək hüququ vermir. O, bu haqda açıqlama verməlidir”.

Çinin ən məşhur futbol saytlarından biri olan “Dongqiudi.com” cümə günü bəyanat yayıb:

“Söz azadlığının hüdudları var və bundan daxili işlərə qarışmamaqla digər ölkələrin suverenliyinə hörmət əsasında istifadə etmək lazımdır”.

Cümə günü dövlət qəzeti olan “Global Times”-a verdiyi müsahibədə Çin Futbol Assosiasiyasının rəsmisi Özilin dediklərindən “böyük hiddət və xəyal qırıqlığına” uğradıqlarını bildirib:

“Şərqi Türkistan milliyyətçi bir məsələ deyil, dini bir məsələ də deyil, bu, separatizm, terrorizm, ekstremizmdir və bütün dünyada sülhsevər insanlar tərəfindən rədd edilir. Özilin sözləri yalnız onu sevən çinli azarkeşləri incitmədi, onun sözləri həm də Çin xalqının hisslərinə toxundu. Bizim üçün bu, qəbuledilməzdir”.

Ana səhifəDünyaÖzilin uyğurlara dəstəyi Çin televiziyasında oyunun yayımını dayandırıb