''Özəl telekanallar əxlaqsızlıq yayır''

Aqil Abbas foto sosial şəbəkə

Aqil Abbas foto sosial şəbəkə

Deputat Aqil Abbas MTRŞ-yə telekanalların yayımının dayandırmaq səlahiyyəti verilməsini təklif edir

“Bu gün özəl kanallar əxlaqsızlığı yayır. Dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?!”

Bunu parlamentin iclasında deputat Aqil Abbas deyib. O, Milli Televiziya və Radio Şurasına (MTRŞ) telekanalları cəzalandırmaq, hətta qısa müddətlik yayımını dayandırmaq səlahiyyətini verilməsini təklif edib. Deputat deyib ki, qaydaların pozulmasına görə telekanallara bu cür cəzalar tətbiq edilməsi təcrübəsi bütün dünyada var:

“Hətta Türkiyədə də RTÜK (Radio Televiziyon Üst Kurumu - red) da bir neçə günlük, hətta bir aylıq telekanalın yayımını dayandıra bilir”.

Deputat deyib ki, Azərbaycandakı özəl televiziya kanallarının millətə nəyi aşıladığı bilinmir: “Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür, ya da ən yaxşı halda, həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Yaxşı ki, AzTV, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Gövhər xanım (deputat Gövhər Baxşəliyavanı nəzərdə tutur- red.) deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib, rus kanallarına baxa bilsin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3w1nfk

Ən çox baxılan