Özbəkistanın eks-prezidentinin qızı həbs edilib

”O, mənimsəmə, zorla pul qoparma, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi üzrə ittiham edilir”

Source:
Gülnarə Kərimova


”O, mənimsəmə, zorla pul qoparma, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi üzrə ittiham edilir”

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

“RİA Novosti” yazır ki, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

“O, Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228 və 243-cü maddələri ilə ittiham olunur. Barəsində həbs qətimkan tədbiri seçilib” , – deyə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üzrə İdarəsinin açıqlamasında belə deyilir.

Bildirilir ki, G. Kərimova hələ 2015-ci ildə bir sıra cinayətlərdə suçlanıb. O, mənimsəmə, zorla pul qoparma, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və vergidən yayınma üzrə epizodlar üzrə ittiham edilir. Buna görə azadlığı 5 il müddətinə məhdudlaşdırılıb.

Gülnarə Kərimovanın cinayətkar qruplaşma ilə əlaqəsi olduğu aşkarlanıb. Ona qarşı ittiham qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb. Qrupun 12 ölkədə aktivləri üzə çıxarılıb. Bu aktivlərin 1,394 milyard dollar, 63,5 milyon avro, 27 milyon funt-sterlinq və 18,5 milyon İsveçrə frankı məbləğində olduğu bildirilir. Təkcə İsveçrə Prokurorluğu qrupa aid 777,8 milyon dollar pul vəsaiti və Koloni şəhərində bir neçə villa aşkarlayıb. Bundan başqa, Fransa, Böyük Britaniya, İspaniya, Latviya, İsveç, Malta və BƏƏ-də qrupa məxsus daşınmaz əmlak tapılıb. Rusiya ərazisində isə cinayətkar qruplaşmaya məxsus 6 milyon dollar pul, “Kamelot” yaşayış massivində penthaus, Rublyovkada malikanə, Moskvada 8 mənzil, mehmanxana kompleksi, Yaltada 2 milyon dollarlıq yaşayış evi və 2 torpaq sahəsi üzə çıxarılıb.

Ana səhifəXəbərlərÖzbəkistanın eks-prezidentinin qızı həbs edilib