Özbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi bildirilir (Yenilənib)

Bu barədə məlumatı “fergananews.com” saytı yazıb. Saytın mənbələrinə istinadən yaydığı xəbərə görə, İslam Kərimov avqustun 29-da, günorta saatlarında dünyasını dəyişib.

Source:


Özbəkistan prezident aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident aparatındakı mənbə bildirib.

“Prezident İslam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.

***

Bu barədə məlumatı “fergananews.com” saytı yazıb. Saytın mənbələrinə istinadən yaydığı xəbərə görə, İslam Kərimov avqustun 29-da, günorta saatlarında dünyasını dəyişib.

Özbəkistan höküməti hələlik bu barədə rəsmi məlumat verməyib.

Bundan əvvəl, İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva öz Facebook səhifəsində atasının beyninə qan sızdığını bildirmişdi. Ancaq özü atasının öıümü barədə heç bir məlumat verməyib.

Ana səhifəXəbərlərÖzbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi bildirilir (Yenilənib)