Öz biznesin və realiti-şou ekstremizmin profilaktika metodları kimi

Məlumdur ki, işsizlik və ailəni dolandıra bilməmək radikallaşmanın sadiq müttəfiqləridir. Təşəbbüsə, məsuliyyətə və sahibkarlıq qabiliyyətinə stimul verən layihələrsə zəhərli ideologiyalara qarşı effektli tədbirlərdir

Source:

Şimali Qafqazda gənclər hər yerdə – məktəbdə, məsciddə, idman zalında terrorizmin təhlükəsindən danışırlar. Cavanların bu cür ideoloji təsirə məruz qalması hökumət proqramları çərçivəsində həyata keçirilir ki, bu da heç də həmişə effektli olmur. “Kavkazski uzel”in xahişi ilə Rusiya hökumətinin bu sahədə təşəbbüsünü Münaqişələrin analizi və profilaktikası mərkəzinin tədqiqatçısı, Ohayo (ABŞ) ştatındakı universitetin doktorantı Viktoriya Qureviç araşdırıb. Tədqiqatçı həmçinin bu sahədə öz layihələrini aparan iki ictimai təşkilatın uğurlu hekayətlərini bölüşüb.


“Kavkazski uzel”

in materailı əsasında

Korrupsiya və işsizlik – radikallaşmanın dostları

Yaxın Şərqdə İŞİD darmadağın edilib, Şimalı Qafqazda silahlı münaqişə sakitləşib. Bir çox təşkilat – həm hökumət, həm də müstəqil – radikallaşmanın profilaktikası proqramlarını işə salmaq üçün bu məqamdan istifadə edib.

Rusiya son bir neçə ildə iqtisadi layihələrin dəstəyinə vəsait ayırıb və sanki etniklərarası münaqişələrin, bəzi respubliklarda isə konfessiyadaxili ziddiyyətlərin həllinə diqqət verməyə başlayır.

Beləcə, Şimali Qafqazda sahibkarlığı dəstək dövlət mərkəzləri, biznes-inkubatorlar və məşğulluq mərkəzləri yaradılıb, lakin bu təşəbbüslərin maliyyəsi axsayır, proqramların bir hissəsi dayandırılır, ya da sadəcə kağız üzərində mövcuddur. Bəzən bu proqramlara ayrılmış pullar sadəcə oğurlanır, ya da sahibkarlardan həddən artıq böyük miqdarda rüşvət istəyirlər.

Daxili münaqişələrin qarşısının alınması üzərində gerçəkdən işləmək əvəzinə bu münaqişələr çox vaxt “stabilliyi qoruyub-saxlamaq məqsədi ilə” “dondurulur”. Tolerantlığın təbliğatına yönəlmiş tədbirlər tez-tez rəsmi xarakter daşıyır, bəzənsə sadəcə hesabat xətrinə təşkil olunur.

Məlumdur ki, işsizlik və ailəni dolandıra bilməmək radikallaşmanın sadiq müttəfiqləridir. Təşəbbüsə, məsuliyyətə və sahibkarlıq qabiliyyətinə stimul verən layihələrsə zəhərli ideologiyalara qarşı effektli tədbirlərdir.

İki yaxşı nümunə

“Öz işim” Rusiya Xeyriyyə Fondu iqtisadi inkişafla radikallaşmanın profilaktikası arasında əlaqəni görən azsaylı təşkilatlardan biridir.

“Öz işim” Fondu 2015-ci ildən başlayaraq Şimali Qafqazda “münaqişələrə və ekstremizmə meylli qruplar üçün effektli sosial-iqtisadi alternativlərin təminatı” proqramını reallaşdırır. Bu proqramın məqsədi “gənclərin öz biznesini yaratmasına, ya da yeni işə düzəlmə imkanlarının müəyyənləşdirilməsinə yardım”dan ibarətdir. Proqramın məntiqi bu cürdür: əgər iqtisadi cəhətdən ən həssas insanlarda öz iqtisadi perspektivlərini genişləndirmək imkanı yaranarsa, onlar fərəhsiz həyat situasiyasından çıxış imkanı kimi silahlı ekstremizm ideyalarını daha az ehtimalla qəbul edəcəklər.

Bir çox yerli xeyriyyəçilik təşəbbüsündən fərqli olaraq, fondun məqsədi ehtiyacı olanlara yardım yox, onlara öz həyatlarını təmin etməyi öyrətməkdir. “Bizim məqsədimiz insanlara balıq yox, tilov verməkdir”, – fondun direktoru Yuliya Çardina deyir.

Fond gənclərə öz işgüzar imkanlarını genişləndirməkdə yardım edir – seminarlar, telekonfranslar, sahibkar klubları təşkil edir. Bu, radikallaşmaya qarşı daha bir güclü peyvənddir: radikal baxışların güclənməsi sosial əhatənin məhdudlaşmasına və o biri dünyaya kökləməyə mane olur. Mərkəzlərin nəzdində uşaqlar üçün qruplar təşkil olunub – bu, tədris kurslarına qadınların da gəlməsini təmin edir: analar təhsil alarkən uşaqlara ev tapşırıqlarını yerinə yetirməyə kömək edirlər.

Fəaliyyətinin üç ili ərzində fond min iki yüzə yaxın yeni iş yeri yaradıb; onun layihələrinin benefisiarlarından heç biri radikallaşma yoluna qədəm qoymayıb və hərbi qruplaşmalara qoşulmayıb.

Həssas qruplara münasibətdə xeyirxah qonşuluq və dözümlülüyün yaradılması ekstremizmin profilaktikasının daha bir əhəmiyyətli vəsifəsidir. Gənc nəsil erkən uşaqlıqdan – ailədə, uşaq bağçalarında sosial münasibətlərin əsaslarını mənimsəyir. Tolerantlığın əsasları və əməkdaşlıq vərdişləri erkən uşaqlıqda daha asan formalaşır.

Əgər uşaqlar etnik və ya dini fərqləri hiss etmirlərsə, onlar bölücülük və ya nifrətin nə olduğunu da bilmirlər; əgər onlar “başqa” həmyaşıdları – digər mədəniyyətin, dinin, millətin, irqin nümayəndələri ilə bir yerdə təhsil alır və ya oynayırlarsa, sonrakı həyatda onları həmin “başqa” adamların təhlükə yarada biləcəyinə inandırmaq çətin olacaq.

2017-ci ildə Makedoniyada “Search for Common Ground” qeyri-kommersiya təşkilatı “Makedoniyada sosial həmrəyliyə dəstək” adlı proqrama başlayıb ki, onun da məqsədi uşaq bağçalarında və məktəblərin hazırlıq siniflərində mədəniyyətlərarası təhsilin inkişaf etdirilməsidir.

Bu təşkilat mədəniyyətlərarası siniflərdə çalışan müəllimlərin, uşaq bağçaları tərbiyəçilərinin və tələbə pedaqoqların təkmilləşdirilməsini həyata keçirib.

Bu zaman təşkilatçılar özlərinə hesabat verirlər ki, əgər ailədə fərqli qaydalar hökm sürürsə, dözümsüzlük və mövhumat təbliğ olunursa, məktəbin sosial inteqrasiyanın inkişafında səyləri yetərli deyil.

Odur ki, layihə fərqli etnik və dini mənşədən olan valideynlər üçün də seminarlar nəzərdə tutur. Bu seminarlarda valideynlər digər qarışıq qruplardan olan ailələrlə öz əndişələrini və həyəcanlarını müzakirə edə, təcrübə mübadiləsi apara və ümumi maraqlar tapa bilərlər.

Bundan əlavə, layihə əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı məqsədi ilə idman tədbirləri təşkil edir. Gələn ildən layihə “Rise UP!/!Qalx!” televiziya şousunu reallaşdıracaq ki, burada da fərqli etnik və dini köklərdən olan 13-18 yaşlı gənc insanların icmaları üçün səciyyəvi olan çağırışların öhdəsindən necə gəlməsindən bəhs ediləcək.

Ana səhifəXəbərlərÖz biznesin və realiti-şou ekstremizmin profilaktika metodları kimi