Oyun meydançasında 15 mərtəbəli bina tikmək istəyirlər

Binalarının həyətində tikinti aparılmasına qarşı olan Xətai rayon sakinləri Bakı Şəhər İcra Hakimiyyətinə şikayətə gəliblər.

Dörd binanın həyətində adı məlum olmayan şirkət 15 mərtəbəli bina tikmək istəyir. Sakinlər deyir, Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyəti tikintiyə icazə verib.

Amma sakinlərə heç bir rəsmi sərəncam göstərilməyib. Şikayətçilər deyir, tikiləcək bina uşaqlarının yeganə oyun meydançasını əllərindən alacaq.

Ana səhifəVideoOyun meydançasında 15 mərtəbəli bina tikmək istəyirlər