”Oyan” Hərəkatı Paşinyana müraciət etdi

Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında mühüm rol oynamış 1988-ci il 27-29 fevral Sumqayıt hadisələrinin əsl səbəbləri xüsusunda indiyədək aydınlıq yoxdur.

Source: google.az

''Sizin çağırışınızda tam səmimi olmağınıza inanmaq istərdik''

Avropada fəaliyyət göstərən “Oyan” Siyasi Hərəkatı Ermənistanın Baş naziri Paşinyana müraciət edib. Hərəkatın yaydığı müraciətdə deyilir:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xalqına ünvanladığınız çağırışda Azərbaycan xalqının Ermənistan xalqı kimi sülhpərvər olduğunu qeyd edirsiz. Bəli, biz də inanırıq ki, müharibənin bütün acısını çiyinləri üstündə daşıyan xalqın siravi üzvləri hər zaman sülh və əmin-amanlıq istəyirlər. Erməni xalqının da Azərbaycan xalqı kimi sülhpərvər olmasına və sizin bu çağırışınızda tam səmimi olmağınıza inanmaq istərdik”.

Hərəkat üzvləri daha sonra qeyd edirlər ki, bu məktubda kimin haqlı, kimin haqsız, kimin işğalçı və kimin işğala məruz qalması məsələlərini qaldırmaq istəmirlər:

“Bunun kimi məsələlər bu məktuba sığmaz və məktubun niyyəti də bu deyil. Sizin rəhbərliyiniz altında Ermənistanda demokratik bir sistem qurulub. Demokratiyanı digər sistemlərdən fərqləndirən əsas element onun xalqa yaxın olması və xalqın mövqeyini təmsil etməsidir.

Sülhpərvər xalq olan erməni xalqı və bu xalqın legitim təmsilçisi olan hazırki Ermənistan dövləti də çox gözəl bilir ki, müharibə zamanı 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 sivil azərbaycanlı körpə, qadın, qoca deyilmədən erməni hərbçiləri tərəfindən qətlə yetirildi. Bu insanlığa qarşı olan cinayəti törədən Zori Balayan, Serj Sarkisyan və Levon Ter Petrasyan və digərləri cinayəti etiraf edərək müsahibələr veriblər. Heç bir xalq cinayətkar deyil, biz bunu bilirik. Cinayətkar yalnız həmin cinayəti törətmiş şəxsə deyilir. Biz sülhpərvər erməni xalqından və bu xalqın legitim təmsilçisi olan sizdən bu cinayətdə əli olmuş cinayətkarların qanun qarşısında cəzalandırılmasını gözləyirik.

Biz bilirik ki, Ermənistan xalqının da bizdən Sumqayıtla bağlı müəyyən gözləntiləri var. Biz “Oyan” Hərəkatı arzuladığımız demokratik dövləti hələ ki qura bilməmişik. Azərbaycanda da xalqını təmsil edən dövlət qurulacaqsa, biz də Sumqayıt hadisələrini ədalətli formada araşdırıb, Sumqayıtda yaşamış ermənilərə qarşı əli cinayətə bulaşmış rəsmiləri tapıb cəzalandıracağıq. Bəli, Azərbaycan xalqı təkcə sülhsevər xalq deyil, həm də ədalətli xalqdır. Ədalətin isə milli mənsubiyyəti olmur”.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlıların ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

Ermənistan-Azərbaycan münaqişəsinin qızışdırılmasında mühüm rol oynamış 1988-ci il 27-29 fevral Sumqayıt hadisələrinin əsl səbəbləri xüsusunda indiyədək aydınlıq yoxdur.

Ana səhifəXəbərlər”Oyan” Hərəkatı Paşinyana müraciət etdi