Övladları xəstə olan ata kömək istəyir


“Mənə dedilər ki, bunun üçün 50.000 manatdan çox pul lazımdır”

“Hər iki övladım – 7 yaşlı Coşqun və 6 yaşlı Aytən intestinal limfangiokteziya xəstəliyindən əziyyət çəkir. Övladlarımın bədənində zülal itkisi gedir. Tərkibində gluten olan qida maddələri yeyə bilməzlər. Bu isə çox qidada var. Xüsusi pəhrizlə dolanmalıdırlar. Sadə dildə desək, qida rasionunun əsasını təşkil edən çörək məhsulları birmənalı olaraq qadağandır. Çox həssasdılar. Tez-tez ishal olurlar. Yuxarı və aşağı ətrafları, sifət nahiyyələrində zülal itkisi çoxalan kimi şişkinlik əmələ gəlir”, – Kürdəmir rayon sakini, ehtiyatda olan zabit, II qrup əlil Məzahir Omarovun sözləridir.

Məzahir Omarov kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin ehtiyaclarını ödəməyə çalışır. Deyir ki, aylıq gəliri ailəsinin gündəlik xərclərinə zorla yetir. Odur ki, övladlarının müalicəsi üçün təsərrüfatında olan bütün mal-qaranı satıb, bir neçə dəfə kredit götürüb. Artıq tükənib, müalicəyə pul çatdıra bilmir:

“Hətta müalicə üçün İrana da getmişik. Demək olar ki, ölkənin bütün öndəgedən xəstəxanalarının hamısını gəzmişik. Lakin heç bir ciddi irəliləyiş olmayıb. Çox get-gəldən sonra 6 saylı Uşaq Klinik Xəstəxanası və Respublika Uşaq Klinik Xəstəxanası yazılı şəkildə arayış verib bildirdilər ki, övladlarımın müalicəsi Azərbaycanda mümkün deyil. Ölkədə bunun üçün tələb olunan avadanlıq və şərait yoxdur”.

Məzahir Omarov deyir ki, ümidlərinin üzüldüyü bir zamanda Heydər Əliyev Mərkəzində keçirilən uşaq xəstəlikləri ilə əlaqədar konfransa qatılıb. Həmin konfransda Türkiyənin Ege Universitetinin professoru Sema Aydoğdu ilə görüşüb. Həkim uşaqları müayinə edib və deyib ki, zaman itirmədən onların müayinə-müalicə prosesinə başlanmalıdır:

“Ötən ildən bu yana gəzmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Bu neçə ildə heç kəsə ağız açmamışam. Artıq alınmır. Məni düzgün başa düşün. Uşaqlar böyüyürlər. Hər şeyi də yeyə bilmirlər. Ancaq qarğıdalı unu, düyü unu alıram. İlin-günün bu vaxtı bir paketi 15 manata qalxıb. Artıq gücüm çatmır. Odur ki, qulluqçusu olduğum ordunun rəhbərliyindən, dövlətdən, ölkə başçısından mənə kömək etməsini istəyirəm. Son ümidim prezidentədir”.

Məzahir Omarov müraciətində bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasına müraciət edib: “Oranın sədri respublikanın baş pediatrı Nəsib Quliyevdir. Bir müddət sonra komissiya qərara gəldi ki, uşaqlar müalicə üçün Türkiyəyə göndərilsin. Çıxarış verdilər ki, götür get Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. İndi onlardan xəbər çıxmalıdır. Onlar da ancaq gediş-gəliş biletlərini alacaqlar. Yəni ancaq yol xərclərini qarşılayırlar. Bu il Sema xanımla telefon danışığımız olub.

Uşaqlar ola bilər ki, bir neçə ay Türkiyədə xəstəxanada yatmalı oldular. Çox çıxılmaz vəziyyətdəyəm. İstəyirəm uşaqlarım sağalsın. Mənə dedilər ki, bunun üçün 50.000 manatdan çox pul lazımdır. O qədər pulu hardan tapım, bilmirəm. Belə çıxır, övladlarım gözüm görə-görə ölməlidirlər?”

Yardım etmək istəyənlər aşağıdakı hesablara köçürmələr edə bilərlər:

Dollar hesabı üçün

USD Bank Detalis for CA

Intermediary Bank / Vasitəci Bank

Deutsche Bank Trust Bank

New York, USA

SWIFT: BKTRUS33

Beneficiary / Alan

Name / Adı: Mazahir

Surname /Soyadı: Omarov

IBAN :AZ58BRES00381184001618944702

TIN / VOEN:

Beneficiary Bank / Alanın Bankı

Bank Respublika OJSC

Baku / Azerbaijan

SWIFT: BRESAZ22

Manat hesabı üçün

AZN Bank Detalis for CA

Beneficiary Bank / Alanın Bankı

Bank Respublika ASC Sumqayıt filialı

Kod: 504777 VOEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

Alan / Beneficiary

Adı / Name: Mazahir

Soyadı / Name: Omarov

IBAN: AZ64BRES00380194401618944701

VOEN / TIN:

Birbaşa Milli ön və E-manatdan ödəmək üçün isə hesab nömrəsi:

380194401618944701.

Milli ön və E-manat aparatları ilə ödəniş edən zaman bu hesab nömrəsi ilə bərabər Məzahir Omarovun şəxsiyyət vəsiqəsinin seriya nömrəsi də daxil edilməlidir. (AZE № 15702601)

Ana səhifəVideoÖvladları xəstə olan ata kömək istəyir