Ötən sutkada koronavirusa yoluxma sayı 118 nəfər olub

“Bugünkü test sayı isə 3399-dur”.

Foto: Meydan TV


13 nəfər həyatını itirib

Yanvarın 18-də Azərbaycanda 118 adam COVİD-19 infeksiyasına yoluxub, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda analiz nümunələri müsbət çıxan 13 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 227 min 391 adamın yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3022 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 8598 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 321 min 592 testin aparıldığını xatırladıb:

“Bugünkü test sayı isə 3399-dur”.

Azərbaycanda karantin rejimi aprelin 1-dək

uzadılıb

.

Ana səhifəSosialÖtən sutkada koronavirusa yoluxma sayı 118 nəfər olub