“Bundan sonrakı yığım hava şəraitindən asılıdır”
Oktyabrın 17-dək Azərbaycanda 38 min 893 ton pambıq yığılıb. Bu, 2015-ci ilin eyni dövrünə görə 16,1 min ton (70 faiz) çoxdur, deyə Dövlət Statistika Komiyəsindən “Turan”a bildiriblər.
Ayın 15-dən başlayan yağışlı hava ilə bağlı pambıq yığımı yavaşıyıb. ABŞ istehsalı pambıqyığan kombaynlar tarlaya çıxandan sonra məhsul yığımının artacağa gözlənilir. Bu ölkədən kombaynların daxil olması başlayıb, deyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Bu il 52 min 57 ha sahədə pambıq əkilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 33 min 373 ha çoxdur. Ötən il 35,2 min ton pambıq yığılıb. Bu isə 2014-cü ildəkindən 5,8 min ton azdır.
Hökumət 100 min ton pambıq yığılacağını gözləyir. Amma hər şey hava şəraitindən asılıdır.