Ötən il Penitensiar Xidmətin 18 əməkdaşı vəzifədən sui-istifadəyə görə işdən azad olunub

”2014-cü ildə də oxşar rəqəmlər vardı, problemlər həll olundumu, Pentinsiar Xidmət düzəldimi, xeyr”

Source:
Pentinsiar Xidmət
Pentinsiar Xidmət
Pentinsiar Xidmət
Pentinsiar Xidmət

”2014-cü ildə də oxşar rəqəmlər vardı, problemlər həll olundumu, Pentinsiar Xidmət düzəldimi, xeyr”

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına əsasən, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər nəticəsində pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 18 əməkdaş tutduğu vəzifədən azad olunub, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Bu barədə “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

İllik məruzədə o da vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 493, keçən il isə 38 məhkum əfv edilib (report.az).

Qurban Məmmədov
Qurban Məmmədov

Meydan TV-nin Ombudsmanın hesabatı barədə sualına vəkil Qurban Məmmədov sualla reaksiya verdi: “Həmin rəqəmlərin ombudsmana nə aidiyyatı var? Məgər, həmin adamlar ombudsmanın müraciəti nəticəsində cəzalandırılıblar? Onsuz da bu rəqəmlər Ədliyyə nazirliyinin və Pentinsiar Xidmətin hesabatlarında yer alır. Elmira Süleymanova gördüyü işlər haqda hesabat verməlidir.Məsələn, mən ona qanunsuz həbs olunmağım, istintaqımın məqsədli şəkildə uzadılması və həbsxanada xəstələnməyimlə bağlı müraciət etmişdim. Amma heş bir reaksiya olmadı. Yaxud vətəndaş Telman Xudaverdiyev mülki mübahisə zəmində 7 aya yaxındır həbsdədir, nə ifadəsi alınıb, nə istintaq hərəkəti aparılıb. Halbuki, Xudaverdiyevə borclu olanlar azadlıqdadırlar. Yaxşı olar ki, Elmira Süleymanova bu cür qanunsuz həbsdə saxlanılanlarla maraqlansın. Azərbaycanda yüzlərlə belə insanlar var ki, məmur özbaşınalığı ilə üzləşir, Elmira Süleymanovanı bu cür insanların taleyi narahat etməlidir, rəqəmlər yox”.

Qurban Məmmədov hesab edir ki, Pentinsiar Xidmətin 3-5 məsul şəxsini cəzalandırmaqla, bu sistemdə problemi həll etmək mümkün deyil: “Baxın, 2014-cü ildə də oxşar rəqəmlər vardı, problemlər həll olundumu, Pentinsiar Xidmət düzəldimi, xeyr. Pentinsiar Xidmətin düzəlməsi üçün köklü islahata ehtiyac var. Orda işləyən məmur aldığı əməkhaqqıyla ailəsini dolandırmalıdır, yoxsa gözünü məhkumun əlinə dikməməlidir. Bu adamlar dustaqlara “torba tikməklə” ailə dolandırırlarsa, günahkar hakimiyyətdir. Və oxşar durum hakimiyyətin digər sahələrində də mövcuddur”.

Ana səhifəXəbərlərÖtən il Penitensiar Xidmətin 18 əməkdaşı vəzifədən sui-istifadəyə görə işdən azad olunub