Ötən il övladlığa verilmiş 63 uşaq geri alınıb

76 nəfər valideynlik hüququndan məhrum edilib

Source:

2016-cı ildə ailə münasibətləri üzrə məhkəmə çəkişmələrinin, eləcə də övladlığa götürülmə və övladlığa götürmənin ləğvi ilə bağlı statistika açıqlanıb.

Məlumatı “Modern.az” yayıb. Rəsmi statistikaya görə, birinci instansiya məhkəmələrində ailə münasibətləri üzrə 21913 mülki işə baxılıb. Onlardan 12094-ü nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsilə bağlı olub. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması üzrə 852 işə baxılıb. Məhkəmələr tərəfindən 812 iddia təmin olunub.

Həmçinin birinci instansiya məhkəmələrinə övladlığa götürmə və onun ləğvi ilə bağlı 502 iş daxil olub. Onlardan 468-də iddialar təmin edilib.

Məhkəmələrə 123 nəfərin valideynlik hüququndan məhrum edilməsilə bağlı müraciət daxil olub ki, onun da 76-sı təmin edilib.

Eyni zamanda valideynlik hüquqularının məhdudlaşdırılması ilə bağlı 86 işdən 82-də iddialar təmin olunub.

Digər ailə münasibətlərinə görə, 8256 mülki işə baxılıb ki, onlardan 7271-nə müsbət cavab verilib.

Statistikaya görə, 2016-cı ildə ümumilikdə 773 nəfər övladlığa götürülmə faktı qeydə alınıb. Onlardan 14 nəfəri əcnəbilər və ya vətəndaşlığa olmayan şəxslər tərəfindən himayə edilib. Ümumilikdə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 63-dür.

Əlavə olaraq bildirilib ki, övladlığa verilən uşaqlardan 371 nəfəri qızlar olub, onlardan 7 nəfəri əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilib.

1 yaşa qədər övladlığa götürülmüş 167 uşaqdan (onlardan 90 nəfər qız) 2 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 1 yaşına qədər övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 2-dir.

1-5 yaşlı övladlığa götürülmüş 344 uşaqdan 4-ü əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilib. 1-5 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

6-10 yaşlı uşaqlardan 152 nəfəri övladlığa götürülüb. Onlardan 4 uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 6-10 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 8-dir.

11-17 yaşda 110 uşaq övladlığa verilib. Onlardan 4 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən himayə edilib. 11-17 yaşda övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 42-dir.

Ana səhifəXəbərlərÖtən il övladlığa verilmiş 63 uşaq geri alınıb