”Ötən il gizli iqtisadiyyatın ÜDM-də həcmi 67 faiz olub”

Qubad İbadoğlu: “Dövlət büdcəsindən 16 milyard manat yayındırılıb”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu: “Dövlət büdcəsindən 16 milyard manat yayındırılıb”

“2016-cı ildə dövlət büdcəsi gizli iqtisadiyyatdan 16 milyard manat itirib”, – iqtisadçı Qubad İbadoğlu belə deyir.

Qubad İbadoğlu İqtisadi Tədqiqatlar Mərkəzi və Demokratiya və Rifah Hərəkatının rəhbəridir.

İqtisadçı bildirir ki, gizli iqtisadiyyat üzrə “dünya çempionatı”nda lider Azərbaycandır:

“2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib. 2016-cı ildə ÜDM real ifadədə 3.8 faiz azalıb və cari qiymətlərlə 60 milyard manat olub. Belə olanda da, ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 faiz) olub”.

Qubad İbadoğlu deyir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, Azərbaycanda cəmi vergi ödənişləri dərəcəsi 39,8 faizdir:

“Deməli, ötən il dövlət büdcəsindən 16 milyard manat (40,2 milyard AZN x 39,8 faiz) vəsait yayındırılıb. Əgər gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı”.

İqtisadçı bildirir ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil:

“Bunu nəzərə almaq lazımdır. Pensiya fondu da qazanır. Bu halda da, sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı”.

Ana səhifəXəbərlər”Ötən il gizli iqtisadiyyatın ÜDM-də həcmi 67 faiz olub”