Hüquq-mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, icra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb
Ötən il Azərbaycanda ətraf mühitin mühafizəsi ilə əlaqədar 3 132 akt və 983 protokol tərtib olunub və 1 640 “məcburi göstəriş” verilib. Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 910 iş üzrə 1 294 030 manat cərimə tətbiq edilib, 419 iş üzrə 847 358 manat iddia qaldırılıb.
Nazirlikdən bildirilib ki, hüquq-mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, icra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb.