Ötən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu açıqlanıb

2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb

Source:
Dövlət Statistika Komitəsi


2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb

Ötən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu məlum olub. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, keçən il ölkədə qeydə alınan 54,7 min ölüm halının ümumi sayına nisbətən qan dövranı sisteminin xəstəliklərindən ölənlər 60,2 faiz təşkil edib.

Bundan başqa, yenitörəmələrdən 13,3, həzm sisteminin xəstəliklərindən 5,2, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 4,6, tənəffüs orqanlarının xəstəliklərindən 3,2, infeksion və parazitar xəstəliklərdən 1, digər səbəblərdən isə 12,5 faiz ölümə səbəb olub.

2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Ana səhifəXəbərlərÖtən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu açıqlanıb