Qurum illik hesabatını açıqlayır
2018-ci ildə AFFA-ya 25 milyon 456 min 685 manat vəsait daxil olub. Xərclər isə umumilikdə 20 milyon 201 min 286 manat təşkil edib.
Bu məlumat AFFA-nın martın 4-də keçirilən hesabat konfransında açıqlanıb.
“Komanda.az”
yazır ki, konfransda AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Premyer Liqasında 8 komandanın yarışması məsələsinə toxunub.
E.Məmmədov bildirib ki, onlar komandaların sayının 10 olmasını istəyirlər:
“Bu gün 8 komandalı Premyer Liqada mübarizə gedir, autsayder yoxdur. Son pillədə olan komandalar da yaxşı mübarizə aparıb, liderdən xal alır. Maraqlı çempionat gedir. Biz də istərdik 10 komanda olsun. Bu gün 8 komandalı çempionatlarda klubların maliyyə mənbəyi bilinir. Biz də klublarla əməkdaşlıq edirik. İstəyirik ki, klublar da AFFA kimi şəffaf olsun. Bir klubun Premyer Liqada iştirakı üçün 2 milyon manat lazımdır. Bunun 25 faizini əvvəlcədən sığortalamaq məqsədilə tələb edirik. Görürük ki, çempionatın yarısında bəzi komandalar fəaliyyətini dayandırmaq istəyir. Klublarda bəzən maaş problemi olur”.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, “Bakı-2019: Ulduzlar finalı” ilə əlaqədar paytaxtda səfərdə olan keçmiş məşhur futbolçular və digər şəxslər iştirak edirlər.