Ötən il 55,4 faiz abituriyent 200-dən az bal toplayıb

“Abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb”

Source:


“Abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb”

2016-cı il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb.

APA yazır ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Məlumata görə, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 32,61 faizi 0-99 bal yığıb.

Qeyd olunub ki, oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Ana səhifəXəbərlərÖtən il 55,4 faiz abituriyent 200-dən az bal toplayıb