Azərbaycan Suriya, Əfqanıstan, İraqla bir siyahıdadır
2017-ci ildə 1693 azərbaycanlı Türkiyədə yaşamaq qərarı verib. Türkiyə Miqrasiya Xidməti ötən il bu ölkəyə yaşamağa gələn köçkünlərin sayını açıqlayıb. Onluqda ilk yeri Suriya vətəndaşları tutur – 50217 nəfər. Sonrakı yerdə 45259 nəfərlə Əfqanıstan gəlir. 30337 pakistanlı, 18448 iraqlı, 3321 özbək, 2954 gürcü də yaşamaq üçün Türkiyəni seçib. Bundan sonrakı yerləri 2735 banqladeşli, 2707 iranlı tutur. Azərbaycan siyahıda 9-cu yerdədir.
Sonuncu yerdə isə 1553 vətəndaşla Konqo qərarlaşıb.
Araşdırmalar göstərir ki, son 2 ildə Azərbaycanı tərk edənlərin sayı
artıb
.
“Legat” İnteqrasiya Mərkəzinin statistikasına görəsə, ötən il 3030 nəfər azərbaycanlı qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət edib.
2017-ci ilin 10 ayında isə Çexiya hökumətindən sığınacaq istəyən azərbaycanlıların sayı 108 nəfər
olub
.
Ölkədən gedənlər bunu Azərbaycan hakimiyyətinin təzyiqi, təqibi, ölkədə rahat yaşayış, biznes mühitinin olmaması ilə əlaqələndirirlər.