“Ötən həftə daha iki həkim koronavirusdan ölüb”

Qax Rayon Mərkəzi Xəstəxanasının Fatma adlı həkiminin də koronavirusdan vəfat etdiyi bildirilir.

Source: Архив


Tibb işçilərinin yoluxma faizinə görə Bakı liderlik edir

Arxada qalan həftədə 16 tibb işçisinin koronavirusa yoluxduğu, 2 həkimin vəfat etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindəki mötəbər mənbə deyib. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanalarda ciddi həkim çatışmazlığı yaranıb:

“Tibb işçilərinin yoluxma faizinə görə Bakı liderlik edir. Siyahı hər gün yenilənir. Tibb işçilərinin bir hissəsi yaralı əsgərlərin müalicəsi ilə məşğuldur. Xəstə sayı artdıqca, tibb işçilərinin yoluxma təhlükəsi də artır”.

Məlumata görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-nevropotoloqu 70 yaşlı Əlihüseyn İbrahimov koronavirusa yoluxub. Bakıdakı xəstəxanaların birində müalicə alan həkimi xilas etmək mümkün olmayıb.

Qax Rayon Mərkəzi Xəstəxanasının Fatma adlı həkiminin də koronavirusdan vəfat etdiyi bildirilir. Məlumatı xəstəxanadan təsdiqləyiblər.

Rəsmi statistika hər gün xəstə və ölüm saylarında artım olduğunu göstərir.

Ana səhifəSosial“Ötən həftə daha iki həkim koronavirusdan ölüb”