Otellərin ulduz dərəcəsini kim müəyyənləşdirir? – cavab veririk #12

Otellərdəki ulduz nədir, fərqləri və ulduz dərəcəsini kimin müəyyənləşdirməsi haqqında

Source:

Otellərdəki ulduz nədir?


Otellər haqqında məlumatlar sırasında yer alan ən mühüm detallardan biri də onun ulduz sayıdır. 1-dən 5-ə qədər dəyişən bu say otelin keyfiyyət dərəcəsini müəyyən edir. Məsələn, oteldə 5 ulduz varsa, bu, onun lüks olduğuna işarədir. Ulduzun sayı isə oteldə təqdim olunan yeməklər, əyləncə, mənzərə, otaqların ölçüsü və tərkibi, SPA və idman mərkəzi, telikommunikasiyaya əlçatımlılığı, yerləşdiyi yerə görə müəyyən olunur.

Hansı ulduzun fərqi nədir?


Birulduzlu oteldə;


ən azı 10 otaq, yaxşı təşkil olunmuş qəbul şöbəsi, salon, ayaqyolu (WC), səhər yeməyi və yemək üçün salon olmalıdır.


İkiulduzlu oteldə;

ən az 20 otaq və bir ulduzdakı tələblərə əlavə olaraq, otaqlarda telefon, içki xidməti də yer almalıdır.


Üçulduzlu oteldə;

 tələb edilənlər isə ən azı 30 otaq, içki xidməti və istirahət otaqları, lift, istlik və sərinlik sistemi, musiqi, iclas zalıdır.


Dördulduzlu oteldə;

 ən azı 70 otaq və yuxarıda sadalananlardan əlavə hamam otaqlarında vanna, birinci növ yemək zalı, paltar yuyulması və ütülənməsi xidməti, əyləncə, musiqi və boş vaxtları dəyərləndirmək üçün lazımi vasitələr, otaqlara sifariş çatdırma, müştəri xidmətləri, bərbər və gözəllik salonu, otaqlarda televizor olmalıdır.


Beşulduzlu oteldə;

dörd ulduzlu otel standartlarından əlavə olaraq 1000-dən çox otaq olmalıdır. Bundan başqa otaqlarda iş masası, hamam otağı ləvazimatları (hamam xalatı, duş geli, makyaj təmizləmək üçün pambıq və s.), otaqlara 24 saat xidmət, peyk anten, qaraj, restoran, iclas zalları olmalıdır.

Məlumat üçün bildirək ki, hər ulduza olan tələblər müxtəlif ölkələrdə bir-birindən fərqlənir.

Bəzi ölkələrdə isə otelin keyfiyyət dərəcəsi, ümumiyyətlə, fərqli üsulla müəyyənləşdirilir. Məsələn, Amerikada otel keyfiyyəti almaz qiymətləndirmə sistemi ilə AAA şirkəti tərəfindən həyata keçirilir. Böyük Britaniya, o cümlədən digər Avropa ölkələrində, Avstraliya və Yeni Zenlandiyada da qiymətləndirmə sistemi ulduzdur.

Otelin ulduz dərəcəsini kim müəyyənləşdirir?

Hər ölkədə otelin keyfiyyət dərəcəsini müəyyən edən qurum fərqlidir. Azərbaycanda bu işi Mədəniyyət və Turizm Nazirliyi görür. Türkiyədə də bu səlahiyyət eyniadlı quruma verilib. Yeni Zenlandiyada isə bu sahədə işi dövlətə məxsus “Qualmark” təşkilatı həyata keçirir. Kanada otellərinin ulduz dərəcəsini isə “Canada select” şirkəti müəyyənləşdirir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda ölkədə ulduz dərəcəsi müəyyənləşmiş ümumilikdə 106 otel var.

Ulduzlu otellərlə ulduzsuz otellər nə ilə fərqlənir?

Ulduzsuz otellə ulduzlu arasında gözəçarpan əsas fərq qiymətdir. Belə ki, ulduzu olmayan otellər digərləri ilə müqayisədə daha ucuz olur. Ulduzsuz oteldə yalnız obyektin və otaqların qənəatbəxş vəziyyətdə olmasına diqqət yetirilir.

Ana səhifəXəbərlərOtellərin ulduz dərəcəsini kim müəyyənləşdirir? – cavab veririk #12