Müsavat başqanlığına digər namizəd Natiq Mehdidir
Mayın 4-də Müsavat Partiyasının XI qurultayı keçiriləcək.
Tədbirdə başqanlığa iki namizəd olacaq.
Bu barədə partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, bir həftə əvvəl başqanlığa 3 nəfər namizədliyini irəli sürüb, amma sonradan biri namizədliyini geri götürüb:
“Səbail Rayon Təşkilatının üzvü Natiq Mehdi, hüquqşünas Osman Kazımov və Milli Starteji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər. Sonradan Osman Kazımov namizədliyini geri götürdü”.
Müsavat Partiyasının X qurultayı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.
Müsavatın hazırki başqanı Arif Hacılıdır.
O, 2014-cü ildə Müsavat Partiyasının başqanı seçilib.
Müsavat Partiyasının sonuncu, X qurultayı 2019-cu ilin oktyabrında keçirilib.
İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.