Oskarı “Leviafan” deyil, “İda” qazandı
Lenta.ru saytının məlumatına əsasən, rejissor Alexandro Qonsales İnyarritu “Bördmen” filminə görə “Oskar” mükafatını alıb. O cümlədən, film ən yaxşı ssenari və ən yaxşı operator (Emmanuel Lyubeski) işinə görə mükafat qazanıb.
“Stiven Hokinqin kainatı” filmində baş roluna görə Eddi Rödmeyn ən yaxşı aktyor nominasiyasına layiq görülüb. Culiana Mur isə “Hələ də Alis” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyasını qazanıb.
Ən yaxşı xarici film nominasiyasında Polşa istehsalı olan “İda” filmi Oskar mükafatı qazanıb. Rejissor Pavel Pavlikovskinin filmi yəhudi əsilli olduğunu öyrənən bir rahibə barədədir.
Xarici filmlər sırasında Rusiya istehsalı olan “Leviafan” filmi də vardı. Rusiyada hakimiyyət və korrupsiyasının gücündən bəhs edən bu film Azərbaycanda da maraqla qarşılanmışdı.