“Apple” da aktyorla bağlı layihələri dayandırıb
“Oskar” mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra üzr istəməsinə baxmayaraq, bir çox şirkət Uill Smitlə işləməkdən imtina edib.
“Netflix”, “Sony” şirkətlərindən sonra “Apple” da aktyorla bağlı layihələri dayandırıb.
“Sony” “Bad Boys 4” filmini çəkməyəcək.
“Netflix” isə Uillin iştirakı ilə ekranlaşdırlacaq “Fast and Loose” kriminal dramının ekranlaşdırmasını ləğv edib.
“Oskar” kino mükafatının təqdimatı zamanı komediya aktyoru, həmçinin şounun aparıcısı Kris Rok səhnədə Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smiti keçəl olduğu üçün “Əsgər Ceyn” filmindəki eyniadlı obrazla müqayisə edib.
Bundan qəzəblənən Smit canlı yayım zamanı Rokun üzünə yumruq vurub və həyat yoldaşı ilə bağlı uğursuz zarafatına cavab olaraq onu söyüb.
Hadisədən bir neçə dəqiqə sonra Uill Smit “Kral Riçard” filmindəki roluna görə “Ən yaxşı kişi aktyoru” mükafatına layiq görülüb.
Daha sonra aktyor ictimaiyyət qarşısında Kris Rokdan üzr istəyib.
Aktyor həmçinin öz istəyi ilə Amerika Kino Sənəti Akademiyasından istefa verib.