“Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb

Bildirib ki, filmlərin qəbulu sentyabrın 20-dək davam edəcək.

Foto: Oscar


“Son dövrlər təqdim olunan filmlərdə qaradərili aktyorların olması şərtdir”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbuluna başlayıb.

Bu haqda məlumatı Meydan TV-yə qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev verib.

Bildirib ki, filmlərin qəbulu sentyabrın 20-dək davam edəcək.

“Qəbul olunacaq filmlərin sayında limit yoxdur. “Ən yaxşı əcnəbi film” nominasiyasında qəbul olunan filmləri komissiya seçəcək. Şərtlərdən biri də budur ki, köhnə filmlər təqdim edilə bilməz. 2020 – 2021-ci illərdə çəkilən filmlər olmalıdır. Amerika Kinoakademiyasının tələbləri çoxdur. Burada irqçilik məsələsi də vacibdir. Son dövrlər təqdim olunan filmlərdə qaradərili aktyorların olması şərtdir”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında mövcud olan “Oskar” komitəsi 2013-cü ildə rejssor Şamil Əliyevin təşəbbüsü ilə yaradılıb. Komitəyə ittifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. Səsvermə zamanı kənar müdaxilələrə yol verməmək üçün komitə üzvlərinin adları gizli saxlanılır.

Ana səhifəMədəniyyət“Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb