“Hökmü alan kimi apellyasiya şikayəti verib işi Avropa Məhkəməsinə qədər aparacağıq”
Oktyabrın 15-də Binəqədi Rayon Məhkəməsində gənc fəal Orxan Eyyubzadəyə hökm oxunub. Məhkəmə onun haqqında 2 il azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Xəbəri Meydan TV-yə verən Orxan Eyyubzadənin vəkili Əsabəli Mustafayev bildirib ki, məhkəmədə onun çıxışından sonra gənc fəal son sözünü deyib, ardınca məhkəmə müşavirə otağına yollandı”.
“Hökmə görə, Orxan Eyyubzadə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrum edildi. Hökmü alan kimi apellyasiya şikayəti verib işi Avropa Məhkəməsinə qədər aparacağıq”,- deyə vəkil bildirib.
Orxan Eyyubzadə mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə həbs edilərək, 20 sutka inzibati həbs cəzası alıb.
Mayın 26-da cəza müddəti bitən gənc fəal azadlığa buraxılmamışdı. Onun barəsində Binəqədi Rayon Məhkəməsində 315.1 maddəylə (hakimiyyət nümayəndəsinə müqavim
ət göstərmə) cinayət işi açılmışdı.
ət göstərmə) cinayət işi açılmışdı.