Ortaq əməliyyatda 75 Boko Haram silahlısı öldürülüb

Qruplaşmaya aid silahlar ələ keçirilib və üsyançıların istifadə etdiyi maddi-texniki baza məhv edilib.

Source: Specify Source


Hücum zamanı 25 silahlı və 50 üsyançı həlak olub

Niger Müdafiə Nazirliyi və qonşu dövlətlərin müttəfiq qüvvələri Niger, Nigeriya və Çad sərhədlərinin birləşdiyi bölgədə təhlükəsizlik əməliyyatlarında 75 Boko Haram silahlısının öldürüldüyünü bildirib, – “Reuters” xəbər verir.

İslamçı Boko Haram qruplaşması 2009-cu ildə Nigeriyanın şimal-şərqində meydana gəlib. Tez-tez silahlı hücumlar həyata keçirən qruplaşma Çad, Niger və Kamerunda yerləşməkdədir.

Bazar ertəsi günü edilən əməliyyatlardan öncə Boko Haram cənub-şərqi Nigerin sərhəd şəhəri Diffa yaxınlığında yerləşən hərbi mövqelərə hücum etmişdi. Hücum zamanı Diffanın 75 km məsafəsində 25 silahlı, ortaq Niger, Nigeriya və Çad qüvvələrinin birgə hava hücumu zamanı isə 50 üsyançı öldürülüb.

Qruplaşmaya aid silahlar ələ keçirilib və üsyançıların istifadə etdiyi maddi-texniki baza məhv edilib.

ABŞ Qaçqınlar Agentliyi çərşənbə axşamı deyib ki, Nigeriyanın şimal-qərbindəki qarşıdurma təxminən 23,000 adamın aprel ayından bəri Nigerə qaçmasına səbəb olub və bu bölgədəki təhlükəsizlik vəziyyətinin getdikcə gərginləşməsi narahatlıqları artırır.

Ana səhifəDünyaOrtaq əməliyyatda 75 Boko Haram silahlısı öldürülüb