“Ortada bir cinayət işi var, o da Rəsul Cəfərova qarşı qaldırılmış cinayət işidir”

Vəkil Əlibaba Rzayev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti baxılmamış saxlayıb.

Source:

Vəkil Əlibaba Rzayev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti baxılmamış saxlayıb.

Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun prosesi davam edib. Məhkəmədə şahid kimi dindirilən jurnalist Şahvələd Çobanoğlu bildirib ki, o, Rəsul Cəfərovun layihəsi üzrə insan haqları ilə bağlı Sənədli Film Festivalında moderatorluq edib: “Buna görə 100 manat xidmət haqqı almışam, bu, sənədlə təsdiq olunub. Bizim Rəsul bəylə bir-birimizə çox etimadlı və hörmətli münasibətimiz var. Onun saxtakarlığı, yaxud yeyinti məqsədi olsaydı, mənimlə edərdi. Ona görə hesab edirəm ki, ortada bir cinayət işi var, o da Rəsul Cəfərova qarşı qaldırılmış cinayət işidir”.

Meydan TV-in prosesi izləyən əməkdaşı bildirib ki, daha sonra Həmid Xəlilov, Ülvi Həsənli, Əli Novruzov, Elçin Sadıqov da ifadələrində bildiriblər ki, Rəsul Cəfərovun təmsil olunduğu layihələrdə onlara xidmət haqqı kimi ödənişlərdə problem yaranmayıb, hər ödəniş sənədləşdirilib.

Vəkil Əlibaba Rzayev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti baxılmamış saxlayıb.

Proses martın 12-də davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

“Amnesty International” təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlər“Ortada bir cinayət işi var, o da Rəsul Cəfərova qarşı qaldırılmış cinayət işidir”